usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Yüksəkixtisaslı Miqrant Proqramı təsis edildi - Sərəncam

details

GÜNDƏM

06.06.2024, 14:21 Oxunub: 1081

 

Prezident İlham Əliyev yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 
1001info.az  xəbər verir ki, Sərəncamda deyilir:
“1. Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə Yüksəkixtisaslı Miqrant Proqramı (bundan sonra – Proqram) təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış yüksəkixtisaslı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra – yüksəkixtisaslı miqrant) və onların ailə üzvlərinə münasibətdə tətbiq ediləcək güzəştləri (ölkədə olmaq, yaşamaq və ya haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun əldə edilməsi üçün tələb olunan sənədlər və onların sayı, icazələrin müddəti, iş icazəsi tələbindən azad olunma, müraciətlərə baxılma müddəti və s.) müəyyən edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarlarını və qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.3. bu Sərəncamın 3.1-ci bəndində nəzərdə tutulan portal haqqında əsasnaməni və həmin portala inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısını üç ay müddətində təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti:
3.1. Proqram iştirakçılarının müraciətlərinin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin edən portalın (bundan sonra – portal) yaradılmasını iki ay müddətində təmin etsin;
3.2. portala daxil olan müraciətlərə baxılmanı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə həyata keçirsin;
3.3. portalda olan fərdi məlumatların və portal vasitəsilə aparılan əməliyyatların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, portalın aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə Proqramın təbliğ və təşviq olunmasını təmin etsin”.

Digər xəbərlər