ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Nərmin qətlində başqa adamın adı çəkildi - Məhkəmədə ŞOK İFADƏ
YAZARLAR
23.04.2022, 01:18 Oxunub: 3812Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirilməsi ilə bağlı hələ də məhkəmə prosesi davam etməkdədir. Hadisənin detalları incələnsədə, şahid ifadələri dinlənilsə də, hələlik son qərar verilməyib. Hər məhkəmə prosesində yeni-yeni məqamlar ortaya çıxır.
Bu gün də qətldə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanovla eyni təcridxanada saxlanılmış məhkum Baxşəli Qəhrəmanovun ifadəsi alınıb.
Təqsirləndirilən şəxsin dediyinə görə, İlkin Süleymanov Nərmin Quliyevanı öldürməsi ilə bağlı ona etiraf edib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov şahidin istintaq zamanı verdiyi ifadələrlə hazırkı ifadəsi arasında çoxsaylı ziddiyyətlər yarandığı üçün ona əlavə suallar verib.
Məlum olub ki, şahid istintaqda İlkinin 2020-ci ilin fevralın sonunda ona etiraf etdiyini deyib. Bugünkü ifadəsində isə bildirib ki, İlkinin etirafı ilə bağlı 2020-ci ilin fevralın əvvəlində məsul şəxslərə məlumat verib.
Vəkil isə İlkinin fevralın sonunda dediyi sözlər haqda fevralın əvvəlində necə məlumat verdiyini soruşub.
Məhkəmədə məlum olub ki, şahid istintaqa verdiyi ifadələrinin birində İlkinin Nərmini Altay Ələkbərovun öldürdüyünü deyib, digər ifadəsində isə Nərmini onun qohumu ilə birgə qətlə yetirdiyini etiraf edib.
Vəkilin suallını cavablandıran şahid digər suallara da ziddiyyətli cavablar verib.
O, ifadəsi zamanı həbsxanada nüfuzlu bir məhkum kimi tanındığını qeyd edib. Vəkilin “Hansı maddə ilə cəza çəkirsiniz” sualını cavablandıranda məlum olub ki, Baxşəli Qəhrəmanov Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə təqsirli bilinərək həbs olunub.
Proses mayın 4-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.