usd-1.7000 eur-1.8453 rub-1.9383
Bakı 10°C 6.1 m/s
Son xəbərlər
11-03-2025
08-03-2025
01-03-2025
25-02-2025
24-02-2025
23-02-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

IX "Muğam” Televiziya Müsabiqəsi başlayır

details

MƏDƏNİYYƏT

01.03.2025, 01:13 Oxunub: 304

Ötən illərdə böyük maraqla izlənilən "Muğam” Televiziya Müsabiqəsinin sayca 9-cu yarışmasına start verilir.

1001info.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Mədəniyyət Nazirliyinin iştirakı ilə ərsəyə gələcək müsabiqənin maydan etibarən tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, IX "Muğam” Televiziya Müsabiqəsində iştirak etmək istəyən yaşı 8-dən 30-dək olan yeniyetmə və gənclər sənədlərini Lənkəran, Bərdə, İsmayıllı, Xaçmaz, Şəki, Sabirabad və Gəncə Regional Mədəniyyət idarələrinə, Naxçıvan MR Mədəniyyət Nazirliyinə və Azərbaycan Televiziyasına təqdim edə bilərlər.

Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edəcəklər. Onları milli musiqi alətlərindən ibarət instrumental ansambl müşayiət edəcək. IX “Muğam” Televiziya Müsabiqəsinin yarışmalarının Bakıda Beynəlxalq Muğam Mərkəzində, həmçinin respublikanın müxtəlif bölgələrində keçirilməsi nəzərdə tutulur. Avqustun sonunda isə final konsertin keçirilməsi və qaliblərin mükafatlandırılması planlaşdırılır.


Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər. Sənədlər təqdim edilərkən, əlaqə nömrəsinin yazılması mütləqdir. Sənədlər martın 1-dən aprelin 1-dək qəbul edilir. Aprelin 1-dən 30-dək respublikanın bütün bölgələrindən müsabiqədə yarışmaq üçün sənəd təqdim edən iddiaçılardan 20 nəfər gənc və 10 nəfər yeniyetmə münsiflər heyəti tərəfindən seçiləcək.

Müsabiqənin bütün platformalarda yayım hüququ “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə məxsusdur.

Digər xəbərlər