ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Tullantılardan dizayna gedən ekoloji yol
CƏMİYYƏT, MƏDƏNİYYƏT
14.05.2024, 18:07 Oxunub: 2971Tullantılardan dizayna gedən ekoloji yol
Fikirləşin ki, cığır ilə gedirsiz və sağ tərəfiniz gül-çiçək ilə dolu, sol tərəfiniz isə müxtəlif tullantılarla. Bu danılmaz faktdır ki, bir müddət sonra gül-çiçəklərin artması yerinə onların əvəzinə müxtəlif polietilen salafanlar, plastik butulkalar, konserva qutuları və s. artacaq. Çünki insan faktoru oluqca tullantıların qarşısını almaq qeyri-mümkündür. Yalnız onları düzgün idarə etməklə təbiətə az da olsa vurduğumuz ziyanın qarşısını ala bilərik. İnsanlar təbiəti dəyişmədən, özlərini dəyişsələr bu ekologiyanı qorumağa köməklik edər. Tullantılar təsnifatına görə 4 qrupa bölünür - bərk, maye, qaz və təhlükəli tullanlılar. Bərk tullantılar dedikdə əsasən plastik və şüşə butulkalar, dəmir konserva qutuları və s. nəzərdə tutulur. Bu tullantıların çürüyərək torpağa qarışması çox-çox uzun illər alır. Beləliklə, bu indi üçün və gələcək üçün çox böyük problemə yol aça bilər. Çünki, təbiət bizim gələcəyimizdir.
Təsəvvür edin ki, dünyada nə qədər əhali yaşayır və hər biri gündə neçə ədəd bərk tullantı atır. Onları bir yerə yığsaq bir dağ əmələ gətirmək olar. Bəs siz bilirsiniz ki, bəzi meşə yanğınları şüşə butulkalardan və ya istənilən şüşə materiladan əmələ gələ bilir? Bəli, bu belədir. Şüşə günəş şüasını əks etdirmək qabiliyyətinə malikdir. Həmin şüa da quru ota düşən zaman qığılcım əmələ gəlir, bu isə yanğının başlanğıcına gətirib çıxardır. Meşə yanğını sizə göstərə biləcəyim ən qlobal nümunələrdən biri idi. Bunula belə maye tullantılar suyu, qaz tullantılar atmosferi və təhlükəli tullanlılar isə torpağı çirkləndirir.
Hər il insanlar tərəfindən təbiətə böyük həcmdə tullantı atılır. Həmin tullantılar nəinki bu günümüzü, eləcə də 100, 300 il sonrakı dövr üçün ciddi problem yaradır. Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da tullantıların düzgün idarə edilməsi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırılır və yeni yanaşmalar tətbiq edilir.
2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğunun ərazisində “Tullantıdan Sənətə” muzeyinin yardılması buna ən yaxşı misaldır.
2 fevral 2024-cü ildə qəbul edilən qərara görə polietilen torbalar ödənişli əsasa keçdi. Bununla da müxtəlif lahiyələr yenə də həyata keçirilir.
Bəs biz təbiətə necə tövhələr verib onu az da olsa tullanlılardan qoruya bilərik ? Mən, dizayn ixtisasında təhsil alan bir tələbə olaraq tullantılardan dizayna bir körpü yaratmaq istəyərəm. Heç nədən nəsə yaratmaq və gözəlləşdirmək olar. Məsələn, şüşə banka və ya butulkadan güldan, konserva qutusundan dipçək və ya qələmqabı, təkərlərdən bağ üçün müxtəlif həyət dekorları və dincəlmək üçün müxtəlif guşələr hazırlaya bilərik. Hər bir şey bizim əlimizdədir. İstifadəyə yararlı olmayan paltarlarımızdan belə müxtəlif çantalar, saç aksesuarları hazırlaya bilərik. Yəni, incəsənət və gözəllik axtarışı bizi gələcəklə bağlı daha böyük ümidlərlə yaşamağa sövq edir. Ətraf mühitin çirklənməsi nəticəsində qarşılaşdığımız çətinliklər, müşahidə edilən iqlim dəyişkliyinin yaratdığı təhlükələr bəzən incəsənət vasitəsi ilə daha təsirli görünür. İncəsənət insan həyatının önəmliliyini, xaosun gözəlliyə və cəsarətə çevrilə biləcəyini bir daha hiss etdirir.
Leyla Muradlı
UNEC Dizayn məktəbi təhsilin I ili, 794 qrup tələbəsi